“Lion”un Boatenq problemi

“Lion”un müdafiəçisi Jerom Boatenq müqaviləsini klubun istəyinə zidd olaraq, uzatmaq istəyir.

Komanda.az xəbər verir ki, Fransa klubunun rəhbərliyi son transfer pəncərəsində 33 yaşlı almaniyalı ilə yollarını ayırmağa cəhd edib. Futbolçu “Qalatasaray”a təklif edilsə də, rədd edilib.

Müdafiəçi 2021-ci ilin sentyabrında azad agent kimi “Lion”a keçib. Onun klubla müqaviləsi 2023-cü ildə başa çatır.

Boatenq ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button