“Renn” səfərdə məğlub oldu

Futbol üzrə Fransa çempionatında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun ilk matçında cari mövsümdə uğursuz çıxış edən “Lill” “Monako”nu qəbul edib. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb.

İkinci oyun günündə daha bir qarşılaşma keçirilib. “Brest” doğma meydanda “Strasburq”a minimal hesabla uduzub.

Çempionluğu rəsmiləşdirən PSJ bur turda “Trua” ilə qarşılaşıb. Paris təmsilçisi bu oyunda qələbəni əldən verib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Nitsa” doğma meydanda “Sent-Etyen”ə, “Nant” isə “Renn”ə qalib gəlib.

Fransa Liqa 1, 36-cı tur

6 may

Lill – Monako 1:2
Qol
: A.Qomes, 69 – Tçuameni, 42; 75.

7 may

Brest – Strasburq 0:1
Qol
: Qameyro, 72.

8 may

Mets – Lion 3:2
Qol
: Payot, 27. Lamkel, 40. Bulaya, 90 – Dembele, 43; 84.

Anje – Bordo 4:1
Qol
: Ço, 5. Mendi, 36. Bahoken, 62. Laqe, 90 – Mara, 60.

Klermon – Monpelye 2:1
Qol
: Raşami, 4. Bayo, 69-pen – Şotar, 32.

Reyms – Lans 1:2
Qol
: Zeneli, 28 – Sotoka, 55. Fofana, 90+1.

Loryan – Marsel 0:3
Qol
: Dienq, 39. Genduzi, 48. Jerson, 67.

PSJ – Trua 2:2
Qol
: Markinyos, 6. Neymar, 25-pen – Uqbo, 30. Tardieu, 49-pen.

11 may

Nitsa – Sent-Etyen 4:2
Qol
: Bard, 52. Delor, 60; 62. Budaui, 80 – Buanqa, 11. Yussuf, 45+3.

Nant – Renn 2:1
Qol
: Kulibali, 45. Pallois, 71 – Tait, 32.

Bombardir: Kilian Mbappe (PSJ) – 25 qol.