Liderin izləyicilərindən heç-heçə

Fransa Liqa 1-də 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 6 görüş baş tutub.

“Brest” – “Nitsa” və “Monako” – “Havr” görüşlərində qalib müəyyənləşməyib. “Mets” evdə “Loryan”a, “Reyms” “Tuluza”ya uduzub. “Lill” doğma meydanda “Klermon”a 4 cavabsız qolla qalib gəlibsə, Lion “Olimpik”i Marsel “Olimpik”ini tək qolla yenib.

Hazırda 47 xala malik PSJ vahid liderdir. “Nitsa” 39 xalla ikinci, “Brest” 36 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” və “Monako” 35, “Lans” 32, “Reyms” 30, Marsel “Olimpik”i 29 xal toplayıb.

Fransa Liqa 1
20-ci tur

2 fevral

Strasburq – PSJ 1:2
Qollar: Bakva, 68 – Mbappe, 31. Asensio, 49.

3 fevral

Renn – Monpelye 2:1
Qollar
: Terrye, 3. Kalimuendo, 48-pen – Savanye, 73.

Nant – Lans 0:1
Qol
: D.Kosta, 48.

4 fevral

Monako – Havr 1:1
Qollar
: Ben Yedder, 63 – Fofana, 65-öz qapısına.

Lill – Klermon 4:0
Qollar
: David, 10; 38. Andre, 24. Jeqrova, 40.

Mets – Loryan 1:2
Qollar
: Lamkel Ze, 22 – Bamba, 19. Katseris, 58.

Reyms – Tuluza 2:3
Qollar
: Teuma, 49 – Elebi, 11. Babiçka, 31. Dallinqa, 45+2-pen.

Brest – Nitsa 0:0

Olimpik (Lion) – Olimpik (Marsel) 1:0
Qol: Lakasette, 37.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button