Lider uduzdu, “Neftçi” zirvəyə şərik oldu

Bu gün futzal üzrə Yüksək Liqada 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Yasamal” MFK Baku – EKOL oyunu birincilərin təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Turun mərkəzi oyunu isə kifayət qədər maraqlı keçib. “Araz”la oyunda hesabı “Xəzər Cənub” açıb. Lider dərhal status-kvonu bərpa etsə də, nominal meydan sahibləri yenidən üstünlüyünü bərpa edib. Düzdü, “Araz” yenə qol vurub, amma müdafiədən topu uzaqlaşdıran zaman səhvə yol verilməsi “Xəzər Cənub”un işinə yarayıb. Belə ki, Lənkəran təmsilçisi fasiləyə hesabda üstün yollanmağı bacarıb. İkinci hissədə də qarşılıqlı hücumlar qurulub. “Araz” azı iki dəfə qapı tirini silkələməklə yadda qalıb. Əvəzində daha çox hesabı qorumağa çalışan və qapıçının inamlı oyunu sayəsində məqsədinə nail olan “Xəzər Cənub” rəqibin növbəti səhvini qola çevirməyi də bacarıb. Bundan sonra Alesio qapıçını da meydan oyunçusu ilə əvəzləyib. Ali Mikaeli sabiq komandasını qapıçı formasında cəzalandırmağa çalışıb. Oyunda sonuncu qol 37-ci dəqiqədə vurulub. Xətai Bağırov ikinci qolunu vurmaqla fərqi minimuma endirib. Yeri gəlmişkən, bu matça qədər 3 dəfə üz-üzə gəlmiş komandaların duellərində cəmi bir dəfə qalib olub. İlk dövrədə “Araz” 1:0 hesabı ilə qələbə qazanıb.

Turun son oyununda liderlər qrupunda yer alan “Neftçi”nin az əvvəl xal qazana bilməyən “Araz”a çatmaq imkanını əldən verməyəcəyi aydın idi. Oyuna kifayət qədər itki ilə çıxan “Neftçi”də kapitan sarğısı Fərəczadəyə həvalə olunmuşdu. Fasiləyə qədər 3 qol vuran “Neftçi” “Yasamal” İSK-nın ara-sıra hücumlarına mane ola bilmirdi. Fasilədən sonra yenə qol hesabını “Neftçi” açıb. Amma “Yasamal” da siftə etmək imkanı qazanıb. Sonrakı dəqiqələrdə bir neçə qol epizodunu sağa-sola qaçıran “Neftçi” hərdən “çərçivə”yə də düşüb.

Yüksək Liqa, 22-ci tur

29 mart

Xəzər Cənub – Araz 4:3
Qol
: Ş. Şahnaz, 02:12, F. Mazaheri, 03:21, R. Qalapur, 16:56, İ. Surqalı, 31:16 – X. Bağırov, 02:33, 36:45, İ. Atayev, 16:13.
Bakı İdman Sarayı. Saat 14:30.
Hakimlər: Rahin Heybətov, Mehman Mahmudov, Elmir Quluzadə.

Yasamal İSK – Neftçi İK 1:7
Qol
: A. Əlimirzəyev, 20:44 – O. Baxşəlizadə, 01:06, 38:02, S. Şahnazi, 06:20, V. Xocayev, 12:29, 39:02, V. Borisov, 20:30, T. İsmayılov, 31:35.
Bakı İdman Sarayı. Saat 16:30.
Hakimlər: Anar Fərəcov, Elvin Ağayev, İsgəndər Əliyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button