“Napoli” evdə xal itirdi, “Atalanta” uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Lider “Milan” “Cenoa”nı qəbul edib və inamlı qələbəyə sevinib. İkinci pillədə qərarlaşan “İnter” isə səfərdə “Spetsiya” ilə oyunda 3 xalı 3 qolla qazanıb.

Turun əksər oyunları şənbə gününə təsadüf edib. “Kalyari” “Sassuolo”nu, “Udineze” “Empoli”ni, “Fiorentina” isə “Venesiya”nı məğlub yola salıb. Üç qolun qeydə alındığı “Sampdoriya” – “Salernitana” matçı qonaqların qələbəsiylə yekunlaşıb.

“Latsio” – “Torino” matçında qalib müəyyənləşməyib. “Yuventus” isə “Bolonya” ilə ev oyununda məğlubiyyətdən son anda qurtulub.

Turun mərkəzi oyunu Neapol şəhərində keçirilib. Burada “Napoli” ilə “Roma” münasibətlərinə aydınlıq gətiriblər. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Atalanta” isə evdə “Verona”ya məğlub olub.

İtaliya A Seriyası, 33-cü tur

15 aprel

Spetsiya – İnter 1:3
Qol
: C.Macciore, 88 – M.Brozoviç, 31. L.Martines, 73. A.Sançes, 90+3.

Milan – Cenoa 2:0
Qol
: Leao, 11. Messias, 87.

16 aprel

Kalyari – Sassuolo 1:0
Qol
: Deyola, 42.

Sampdoriya – Salernitana 1:2
Qol
: Kaputo, 32 – Fasio, 4. Lourense, 6.

Udineze – Empoli 4:1
Qol
: İsmayli, 6-öz qapısına. Deulofeu, 52. Pussetto, 79. Samardziç, 87 – Pinamonti, 70-pen.

Fiorentina – Venesiya 1:0
Qol
: L.Torreyra, 30.

Yuventus – Bolonya 1:1
Qol
: Vlahoviç, 90+5 – Arnautoviç, 52.

Latsio – Torino 1:1
Qol
: İmmobile, 90+2 – Pelleqri, 56.

18 aprel

Napoli – Roma 1:1
Qol
: İnsinye, 11-pen – El Şaaravi, 90+1.

Atalanta – Verona 1:2
Qol
: Skalvini, 82 – Çekkerini, 45+2. Koopmeyners, 55-öz qapısına.

Bombardir: Çiro İmmobile (Latsio) – 24, Duşan Vlahoviç (Yuventus) – 22 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button