LGBT-yə dəstək vermədi – Prezidentdən dəstək aldı

Seneqal prezidenti Maki Sall PSJ-nin yarımmüdafiəçisi İdrissa Qeyeyə dəstək verib.

Komanda.az xəbər verir ki, PSJ “Monpelye” ilə qarşılaşmaya mayın 17-də qeyd olunan Beynəlxalq LGBT-fobiya ilə Mübarizə Günü şərəfinə xüsusi forma ilə çıxıb. Amma Paris klubunun seneqallı futbolçusu İdrissa Qeye göy qurşağı simvolları olan formanı geyinməkdən imtina edib.

Seneqal prezidenti sosial şəbəkədə yazdığı statusda futbolçunu dəstəkləyib:

“Mən İdrissa Qeyeni dəstəkləyirəm. İnsanın dini inancına hörmət edilməlidir”.