Ranqnikdən “Milan”la bağlı açıqlama

“Leyptsiq”in keçmiş baş məşqçisi Ralf Ranqnik “Milan”ı çalışdıracağıyla bağlı çıxan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis bütün iddiaları təkzib edib:

“Milan”la danışıqlar aparılmır. Əvvəllər fərqli söhbətlər olurdu, ancaq bunun mətbuatda çıxan xəbərlərlə əlaqəsi yoxdur”.

Karyerası ərzində “Zalsburq”, “Şalke”, “Leyptsiq” kimi komandaları çalışdıran Ranqnik, hazırda MLS təmsilçisi “Nyu York Red Bullz”da skaut rəhbəri vəzifəsində işləyir.

“Milan”ı hazırda Stefano Pioli çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button