“Borussiya” darmadağınla finalda!

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Verder” doğma meydanda “Leyptsiq”lə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Məhz əlavə yarım saatda rəqibini 2:1 hesabıyla məğlub etməyi bacaran “Leyptsiq” finala vəsiqə qazanıb.

Digər yarımfinal görüşü Dortmund “Borussiya”sı ilə “Holştayn Kil” aasında baş tutub. Elita təmsilçisi aşağı liqa klubu üzərində darmadağınla finala yüksəlib.

Almaniya kuboku, yarımfinal

30 aprel

Verder – Leyptsiq 1:2
Qol
: Bittenkur, 105+1 – Huanq, 93. Forsberq, 120+1.

1 may

Borussiya (Dortmund) – Holştayn Kil 5:0
Qol
: Reyna, 16; 23. Roys, 26. Hazard, 32. Bellingem, 41.