Levandovskinin yerinə Lukakunun transferini gözləyirmiş – Keçmiş futbolçu

Almaniya yığmasının sabiq müdafiəçisi Lotar Matteus “Bayern”in Çempionlar Liqasındakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, “İnter”də çıxış edən belçikalı hücumçu Romelu Lukakunun “Bayern”ə keçidinə ümid etdiyini də bildirib:

“Bayern”i Çempionlar Liqasının favoriti kimi görürəm. Komandada psixologiya, sürət, texnika, komanda ruhu var. Ötən mövsüm “Bayern”in heyətində 14-15 çox yüksək səviyyəli futbolçu var idisə, indi 18-19-dur. Komandanın hər mövqedə rəqabəti var. Bu, ciddi rəqibdir.

“Bayern” Robert Levandovskini itirib. Romelu Lukakunun köməyi ilə onu əvəz edəcəklərini gözləyirdim. Amma bilmirdim ki, baş məşqçi Julian Naqelsmann taktiki sistemi dəyişmək qərarına gəlib”.

“Bayern” sentyabrın 7-də Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button