
Levandovskinin taleyi Flikdən asılıdır
“Barselona” hücumçusu Robert Levandovski ilə yeni müqavilə danışıqlarını davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı forvardın gələcəyi baş məşqçi Hans-Diter Flikin planlarından asılı olacaq.
Bildirilir ki, almaniyalı mütəxəssisin Levandovskini növbəti mövsümdə hansı rolda gördüyü futbolçunun yekun qərarına birbaşa təsir edəcək.
Kataloniya təmsilçisi polşalı hücumçuya müddəti 2027-ci ilin yayına qədər olan yeni müqavilə təklif etməyə hazırdır. Ancaq yeni anlaşmada maaşın ciddi şəkildə azaldılması nəzərdə tutulur. Bundan başqa, Levandovskinin ehtiyat oyunçu statusu ilə barışmalı ola biləcəyi də qeyd edilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



