Levandovskidən yeni rekord

“Bavariya”nın hücumçusu Robert Levandovski yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, polşalı hücumçu Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində qarşılaşdıqları “Frayburq”la matçda (3:1) dubla imza ataraq bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 33-ə çatdırıb.

Bununla da, o, Bundesliqa tarixində bir mövsümdə ən çox qol vuran legioner futbolçu olub. 31 yaşlı hücumçu bu göstəricidə Pyer-Emerik Obameyanqı (31 qol) geridə qoyub.

Qeyd edək ki, Bundesliqa tarixində ən çox (40) qol vuran futbolçu isə Gerd Müllerdir.

Levandovski bu mövsüm bütün turnirlər çərçivəsində 41 oyuna çıxıb, 48 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button