Levandovskinin Sane arzusu

“Bavariya”nın futbolçusu Robert Levandovski adı klubla yanaşı çəkilən “Mançester Siti”nin yarımmüdafiəçisi Leroy Sane ilə bağlı açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Levandovski, Sanenin Münhen klubuna mümkün keçidini dəyərləndirib:

“Bu məsələylə bağlı çox söhbət var. Sadəcə onu deyə bilərəm ki, o, əla bacarıqları olan və komanda yoldaşları ilə yaxşı uyğunlaşan futbolçudur. Sanenin təkcə Premyer Liqada və ya Çempionlar Liqasında deyil, “Şalke”də də nələr edə biləcəyini görmüşdük. O, oyunumuzda yeni həll yolları tapmağa kömək edə bilər”.

“Bavariya”nın Saneyə 5 illik müqavilə təklif etdiyi və tərəflərin anlaşdığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button