Levandovski qərarını verib

“Barselona”nın hücumçusu Robert Levandovski yayda klubdan ayrılmaq niyyətində deyil. Polşalı futbolçunun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı forvard çıxışını Kataloniya klubunda davam etdirmək qərarını verib.

Levandovski komandada qalmaq üçün qətiyyətlidir və hətta maaşının azaldılmasına belə, razıdır. O, bu mövsüm Hans-Diter Flikin rəhbərliyi altında bütün turnirlərdə 17 matça çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Levandovski 2026-cı ilin avqustunda 38 yaşını qeyd edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button