Levandovski Bundesliqanın tarixinə düşdü

“Bavariya” Almaniya Bundesliqasının 25-ci turunda “Volfsburq”u məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 6:0 hesabıyla bitən görüş, Münhen təmsilçisinin forvardı Robert Levandovski üçün əlamətdar olub. Belə ki, polşalı hücumçu Bundesliqa tarixində ən çox qol vuran legioner futbolçu ünvanını qazanıb. “Volfsburq”la görüşdə iki dəfə fərqlənən Levandovski, Bundesliqada 197 qol vurub.

30 yaşlı hücumçu bu qolların 74-nü 2010-2014-cü illər aralığında formasını geyindiyi Dortmund “Borussiya”sında vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button