“Lester” 2 futbolçusunu “Tottenhem”ə satmaqdan imtina edib

“Lester” Harvey Barnes və Ceyms Meddisonu “Tottenhem”ə satmaqdan imtina edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Lester təmsilçisi adıçəkilən futbolçuların transferi üçün 50 milyon funt-sterlinqdən çox (58 milyon avro) pul tələb edib.

“Tülkülər” keçən il Barnes və Meddisonun hər birinin satışından 70 milyon avro qazanmağa ümid edirdi.

“Tottenhem”lə yanaşı, “Nyukasl” da onların xidmətində maraqlıdır. “Aston Villa” və “Vest Hem” isə yalnız Barnesi heyətində görmək istəyir.

Meddison 2022/23 mövsümündə “Lester”in heyətində bütün turnirlər daxil olmaqla 32 oyunda 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Barnes isə 40 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

2022/23 mövsümünün nəticələrinə görə “Lester” Premyer Liqanı tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button