Lempard yenidən “Çelsi”də?

“Çelsi”nin sabiq futbolçusu Frenk Lempard yenidən London təmsilçisinə qayıda bilər. 

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ingilis mütəxəssis qadınlardan ibarət komandanın baş məşqçisi ola bilər. 

“Çelsi”nin qadınlardan ibarət komandasının baş məşqçisi Emma Hayes bu mövsümdən sonra klubu tərk edərək, ABŞ-ın qadınlardan ibarət milli komandasını çalışdıracaq. 47 yaşlı mütəxəssis 12 il London təmsilçisində çalışıb, komanda ilə 6 çempionluq qazanıb. Frenk Lempard onun yerinə əsas namizəddir.

Lempard 2019-2021-ci illər və 2023-cü ilin aprelindən iyununa kimi  “Çelsi”nin kişilərdən ibarət əsas komandasında baş məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button