“Legiya” fanatları “Lester”lə oyunda 12 polisi döyüb

Polşanın “Legiya” klubunun azarkeşləri UEFA Avropa Liqasının qrup mərhələsinin “Lester”lə İngiltərədəki oyunu zamanı 12 polisi döyüblər.

Komanda.az xəbər verir ki, “Legiya”nın fanatları yerli “Lester” azarkeşlərinin olduğu tribunaya girərək, onlarla dalaşmaq istəyiblər. Ancaq polislər onların qarşısını kəsib.

Baş vermiş toqquşmada “Legiya”nın 7 fanatı saxlanılıb.

“Lester” “Legiya”nı 3:1 hesabı ilə məğlub edib. Polşa klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli forma geyinir.