
La Liqada ən etibarlı sol cinah müdafiəçisi odur
“Barselona”nın müdafiəçisi Alexandro Balde İspaniya La Liqasında öz mövqeyində ən etibarlı futbolçu kimi önə çıxır.
Komanda.az xəbər verir ki, bu barədə “Barca Universal” məlumat yayıb.
22 yaşlı müdafiəçi oyun başına orta hesabla cəmi 0,2 dəfə rəqibləri tərəfindən keçilir ki, bu da çempionatda sol cinah müdafiəçiləri arasında ən yaxşı göstəricidir. Müqayisə üçün qeyd edək ki, “Real”ın futbolçusu Alvaro Karreras oyun başına orta hesabla 0,8 dəfə rəqiblərinə uduzur.
Balde cari mövsümdə bütün turnirlərdə 30 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib. Onun komandası bu gün İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Atletiko” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



