La Liqa rəhbəri ÇL-də “böyüklər”in sayını azaltmağa çağırdı

İspaniya La Liqasının prezidenti Xavyer Tebas UEFA Çempionlar Liqasında (ÇL) yüksək liqalardan olan klubların sayını azaltmağa çağırıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Tebas, 2016-cı ildə Çempionlar Liqasına daha çox yerlərin böyük liqaların klublarına verilməsinin yanlış olduğunu deyib:

“2024-cü ildə yeni Çempionlar Liqası modeli təqdim ediləcək, lakin Avropa Çempionlar Turnirinin mənşəyinə daha çox uyğun gələn başqa bir model üzərində iş başlanmalıdır: bütün Avropadan çempionlar. Mən La Liqanı təmsil edirəm, amma İspaniyanın dördüncü klubu Çempionlar Liqasının həvəskarı deyil.

Avrokuboklarda çıxış edən klublar o qədər böyük gəlir əldə edirlər ki, bu, öz ölkələrində qalan klublarla çox böyük fərq yaradır. 2016-cı ildə Çempionlar Liqasına daha çox yerlərin böyük liqaların klublarına verilməsi yanlış idi.

Əvvəldən mən özüm də İspaniyadan dörd klubun Çempionlar Liqasına daxil olmasına qarşı idim. Həmçinin, dörd klubun Premyer Liqa, Bundesliqa və A Seriyasından kiçik liqaların komandalarının hesabına çıxmasına qarşı olmuşam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button