La Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

İspaniya “Vilyarreal”ının yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Kike Setyenə tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

İspaniyalı baş məşqçi bu vəzifədə İngiltərənin “Aston Villa” komandasının sükanı arxasına keçən həmyerlisi Unay Emerini əvəzləyib.

Xatırladaq ki, Kike Setyen 2020-ci ildə “Barselona”dan ayrıldıqdan sonra işsiz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button