
“Kəpəz”dən yeni transfer – Rəsmi
“Kəpəz” Veysəl Rzayevin transferini açıqlayıb.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
Rzayev qış fasiləsində Gəncə təmsilçisinin ilk transferi olub. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
Futbolçu mövsümün ilk yarısını “Turan Tovuz”da keçirib. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 3 oyunda 1 qol vurub. .Rzayev ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



