Kubokun finalı üçün ödənişsiz nəqliyyat vasitələri ayrılacaq

“Qarabağ” və “Zirə” komandaları arasında “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan Kubokunun final matçında tamaşaçıların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri ayrılacaq.

Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, oyun günü, yəni iyun ayının 2-də saat 17:00-dan etibarən metronun Koroğlu stansiyasının qarşısında (“Piramida”nın arxasında) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobuslar futbolsevərlərin xidmətində olacaq.

“Qarabağ” və “Zirə” azarkeşlərinə istəyə uyğun olaraq klubların loqoları ilə işarələnmiş avtobuslardan istifadə imkanı da yaradılacaq.

Tamaşaçıların oyunun bitmə saatına uyğun olaraq əks istiqamətdə daşınması da təmin ediləcək.

Nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək üçün biletlərin təqdim olunması yetərlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button