Krespo Meksika klubunun baş məşqçisi təyin olundu

Argentına millisinin keçmiş hücumçusu Ernan Krespo “Atlas”ın baş məşqçisi təyin edilib.

Komanda.az xəbər verir ki, bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssisin müqaviləsinin müddəti açıqlanmayıb.

Kresponun son iş yeri bi ilin mart ayında ayrıldığı Braziliyanın “San-Paulu” klubu olub.

O, futbolçu kimi vaxtilə “River Pleyt”, “Parma”, “Latsio”, “İnter”, “Milan”, “Cenoa” və “Çelsi” kimi klublarda çıxış edib. Krespo Argentına millisinin heyətində 64 matçda 35 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button