“Kralla lazım olduğu kimi rəftar edilir!”

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyro sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, qardaşının Səudiyyə Ərəbistanı klubundakı təqdimat mərasimi ilə bağlı bu sözləri yazıb:

“Nə gözəl! Kralla lazım olduğu kimi rəftar edilir!”

Ronaldo “Əl Nəsr”lə 2 illik müqaviləyə imza atıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button