“…ona qarşı istədiyim kimi oynayacağımı düşündüm” – Kostakurtadan Messiylə bağlı etiraf

İtaliya millisinin və “Milan”ın sabiq futbolçusu Alessandro Kostakurta Dieqo Maradona və Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis, Maradona ilə Messini müqayisə edib:

“Həm Messi, həm də Maradonaya qarşı oynadığım üçün çox şanslıyam. Meydandakı dahilik və özünü ifadə etmək baxımından oxşar ola bilərlər, amma Messi daha fərqlidir. İlk dəfə onunla qarşılaşanda, Messinin 16 yaşı vardı. Əvvəl onu uşaq kimi gördüm və ona qarşı istədiyim kimi oynayacağımı düşündüm. Lakin 15 dəqiqə sonra baş məşqçi Karlo Ançelottidən məni əvəzləməsini istədim”.