Super Liqanın bərpasıyla bağlı yekun qərarın veriləcəyi tarix bilindi

Koronavirusa görə dayandırılan Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı gözlənilir.

Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir Super Liqanın taleyiylə bağlı son qərarın mayın 28-də keçiriləcək iclasda veriləcəyini deyib.

Bu barədə Özdəmir, TFF ilə Super Liqa klublarının nümayəndələrinin birgə iştirakıyla keçirilən iclasdan sonra açıqlama verib. O, Super Liqanın iyunun 12-də başlamasıyla bağlı 18 klubun da tam dəstəyini aldıqlarını deyib.

Türkiyə Super Liqası koronavirusa görə martdan dayandırılıb.