Bundesliqanın bərpa olunacağı vaxt açıqlandı

Koronavirus pandemiyasına görə dayandırılmış Almaniya Bundesliqası mayın 9-da bərpa oluna bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə, əsas və 2-ci Bundesliqanın mayın 9-dan başlayacağı bildirilib. Plana görə, oyunlar azarkeşsiz keçiriləcək və stadiona 239 nəfərin girişinə icazə veriləcək.

Bundesliqada mövsümün bitməsinə 9 tur qalıb. Hazırda “Bavariya” 55 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button