Konte “Napoli” ilə danışıqlara başlayıb

İtaliyalı məşqçi Antoni Konte “Napoli”yə rəhbərlik etmək üçün maaş gözləntilərini azaltmağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis artıq Neapol klubunun prezidenti Aurelio De Laurentislə əlaqə saxlayıb. Klub prezidenti Konteni yüksək səviyyəli məşqçi hesab edir.

Kontenin son iş yeri 2021-ci ildən 2023-cü ilə kimi çalışdırdığı “Tottenhem” olub.

“Napoli” 37 turdan sonra A Seriyasının turnir cədvəlində 52 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button