Konte ilə “Yuventus” rəhbərliyi arasında qalmaqal

İtaliya kubokunun yarımfinal mərhələsi çərçivəsində “Yuventus” “İnter”lə 0:0 hesablı bərabərliyə razılaşıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, oyunda qalmaqal yaşanıb. Belə ki, komandalar fasiləyə gedərkən “İnter”in baş məşqçisi Antonio Konte rəqib komandanın rəhbəri Andrea Anyelliyə təhqiredici hərəkət edib. Buna cavab olaraq, oyunun başa çatmasından sonra “qoca sinyora”nın prezidenti Konteni təhqir edib. Bundan sonra tərəflər arasında qarşıdurma yaranıb.

İlk oyunda 2:1 hesabı ilə qalib gələn “Yuventus” növbəti mərhələyə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button