Konfrans Liqası: “Zirə” İsrail səfərindən heç-heçə ilə dönür

Azərbaycanın üç klubu bu gün UEFA Konfrans Liqasında cavab oyunlarına çıxıb.

Komanda.az xəbər verir ki, “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında İsrail “Makkabi”si (Təl-Əviv) ilə qarşılaşıb. Bakıda keçirilən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu “qartallar” 0:3 hesabı ilə məğlub olmuşdu.

“Zirə”nin növbəti mərhələyə yüksəlmək şansı çox az idi. Bunun üçün möcüzə baş verməli idi desək, yanılmarıq. Amma istənilən halda, Bakı təmsilçisi “Makkabi”yə böyükhesablı məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışıb. Komandamız bu oyundan qolsuz heç-heçə ilə ayrılıb.

UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi
Cavab oyunu (ilk oyun 0:3)

28 iyul

Makkabi – (Təl-Əviv, İsrail) – Zirə 0:0
Hakimlər: Mario Zebets, Hrvoe Radiç, Luka Puşiç, Fran Yoviç (hamısı Xorvatiya)
Təl-Əviv, “Blumfild” stadionu

Makkabi: 1. Daniel Perets, 4. Enrix Saborit, 5. İdan Naxmias, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 21. Şeran Yeyni, 23. Eyal Qolasa, 28. Andre Geraldes, 77. Matan Hozez, 99. Corce Yovanoviç.
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 6. Den Qleyzer, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Niddam, 27. Ofir Davidzada, 30. Maor Kandil, 32. Dor Turgeman, 37. Oskar Qlux, 66. Nir Biton.
Baş məşqçi: Vladimir İviç.
Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 26. Nemanya Ancelkoviç, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 2. Sərtan Taşkın, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtman, 9. Loris Bronyo, 13. Ramin Əhmədov, 47. Məhəmməd Hamdui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov.
Baş məşqçi: Rəşad Sadıqov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button