“Komandanın fiziki hazırlığından razı deyiləm” – Azərbaycan millisinin baş məşqçisi

*Komandanın fiziki hazırlığından razı deyiləm”.

Komanda.az xəbər verir ki, bunu millinin baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

41 yaşlı mütəxəssis Bakıda təşkil olunan təlim-məşq toplanışı barədə danışıb:

“Hazırlığa cəlb etdiyimiz oyunçuların hər biri fərqli klublarda məşq edirlər. Fiziki hazırlıqları bir o qədər yaxşı deyil. Əvvəllər toplanışa dəvət etdiyimiz futzalçıların əksəriyyəti “Araz-Naxçıvan”da çıxış etdikləri üçün məşqləri bir-birinə uyğun gəlirdi. Lakin indi 4 fərqli klubda top qovan oyunçular bir araya toplaşıblar. Əksəriyyəti də gənclərdir”.

Borisov heyətlə bağlı yekun qərarın bu gün veriləcəyini bildirib:

“Hazırlığa 17 futzalçı cəlb olunub. Onlardan 3-ü Gürcüstan millisi ilə yoldaşlıq oyunları üçün Tbilisiyə aparılmayacaq. Hazırda komandanda əhval-ruhiyyə yüksək səviyyədədir”.

Azərbaycan millisi aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button