
“Komandamızla fəxr edirəm” – “Qarabağ”ın futbolçusu
“Qarabağ”ın hücumçusu Kamilo Duran pley-off mərhələsinin cavab oyununda “Nyukasl”a məğlub olduqdan (2:3, ilk oyun 1:6) sonra komandasının Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, kolumbiyalı futbolçu “instaqram” hesabında bunları yazıb:
“Bu tarixi hadisənin bir hissəsi olduğum üçün Allaha minnətdaram. Dəstəklərinə görə azarkeşlərə və mesajlara görə hamıya təşəkkür edirəm. Sona qədər mübarizə apardıq. Komandamızla fəxr edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



