“Komandamızda qələbəyə əminlik var”

Serbiya milli komandasının futbolçusu Filip Dyuriciç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə qarşılacaqları matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, serbiyalı futbolçu, media nümayəndələri ilə görüşdə bunları deyib:

  • Əlbəttə, Azərbaycan millisinin Portuqaliya ilə oyununu izləmişik. Maraqlı qarşılaşma olmuşdu. Azərbaycan planlı komandadır. Baş məşqçi Canni De Byazini tanıyıram. Sabah bizə qarşı aqressiv olacaqlarımı düşünürəm. İnanıram ki, sabah uğur bizimlə olacaq. Ümid edirəm ki, Serbiyaya 3 xalla qayıdacağıq.
  • Sabah qələbə qazana bilməsəz, bu, sizin üçün faciə olacaq?
  • Baş məşqçinin də dediyi kimi, futbolda faciə anlayışını qəbul etmirik. Məğlub olsaq da, növbəti oyunlara köklənəcəyik. Oyundan əvvəl məğlubiyyət yox, qələbə haqda düşünürəm.
  • Arxayınlıq varmı?
  • Əminlik var. Biz əlimizdən gələnin maksimumunu etməyə yox, qələbə qazanmağa çaışacağıq. Futbolçular arasında da əminlik var və sabah qələbə qazanmaq üçün çalışacağıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button