“Komandamız doğma meydanda oynamalıdır” – “Kəpəz”in futbolçusu

“Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var”.

Komanda.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Ahmed Ayzaya klubun rəsmi saytına açıqlamasında deyib.

27 yaşlı yarımmüdafiəçi ev oyunlarını Gəncədə keçirə bilmədikləri üçün təəssüfləndiyini söyləyib:

“Komandamız təmsil etdiyi şəhərdə, doğma meydanda oynamalıdır. Onda daha yaxşı mübarizə apara, nəticələr qazana bilərik. Çünki meydan və azarkeş amili həlledicidir”.

Ayzaya oyundan-oyuna inkişaf etdiklərini bildirib:

“Qəbələ”yə qarşı görüşdə “Neftçi” ilə matçdan daha yaxşı mübarizə apardıq. Amma ortada yenə məğlubiyyət var. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Hər qarşılaşmadan sonra çatışmazlıqları təhlil edirik, harada nəyi düzgün etmədiyimizi görürük. Əsas odur ki, verilən tapşırıqları yerinə yetirək”.

Nigeriyalı oyunçu bu gün “Səbail”lə matçda layiqli mübarizə apararaq qələbə qazanmaq istədiklərini sözlərinə əlavə edib:

“Hazırlığımız yaxşı keçib, gücümüzü meydanda göstərməliyik”.

“Səbail” – “Kəpəz” oyunu saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button