“Komandamın oyunundan ləzzət aldım” – Azər Bağırov

“Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:5 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı görüş oldu. Gənc futbolçularımıza şans verdik, oynadılar. Onlar arasında heç birinci liqada oynamamış futbolçular var idi. İlk yarıda yaxşı mübarizə apardıq. Amma “Qəbələ”nin dəyişikliklər etməsindən sonra vəziyyət dəyişdi. İkinci hissədə yorğunluq da özünü büruzə verdi. Ani səhvlərdən ikinci və üçüncü qolları qapımızda gördük. Kompakt oyunu da itirdik. Uduzsaq da, komandamın oyunundan ləzzət aldım. Çünki futbolçularımız ilk yarıda oynamaqdan qorxmadılar”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button