“Komandamda sabitlik yoxdur” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 26-cı turunun “Salernitana” ilə oyunundan sonra (1:1) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının qeyri-sabit çıxışından söz açıb:

“Bu, bizim zehni və ya fiziki cəhətdən geriləməyəmizlə bağlı deyil. Liderlik iddiası olan komanda qalib gəlmək üçün daha çox iş görməlidir. Buraxdığımız qoldan sonra qarşılaşma gərgin və əsəbi keçdi. Fürsəti əldən verdik. UEFA Çempionlar Liqasında qazandığımız qələbə bizə təsir edibsə, deməli, inkişaf etməliyik.

Böyük komandalar qələbə üçün oynayır. Komandamda sabitlik yoxdur. Bu məqam “Napoli” xaric, çempionatın digər kollektivlərində də var. Biz həm ölkə daxilində, həm avrokubok matçlarında rəqabətədavamlı olmalıyıq”.

“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində 48 xalla 4-cü, “Salernitana” isə 26 xalla 16-cı sırada yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button