“Komandada münasibətimiz ailədəki kimidir” – “Liverpul”un futbolçusu

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Corcinyo Veynaldum komandası ilə bağlı açıqlama verib.

Komanda.az klubun mətuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, “qırmızılar”dakı vəziyyətdən danışıb:

“Mümkün qədər çox uğur qazanmaq istəyən komandamız var. Bunun üçün də oyunlara maksimum köklənməyimiz lazımdır. İndi əvvəlkindən daha yaxşı işlər görməyə köklənmişik. Bir neçə ildir ki, birlikdəyik. Buna görə də, bir-birimizi yaxşı tanıyırıq. Komandada münasibətimiz ailə kimidir. Bir-birimizə qarşı dürüstük və mümkün qədər kömək etməyə çalışırıq.

Sadəcə qarşıdakı oyunu düşünür, əlimizdən gələni etməyə çalışırıq. Belə olduğu halda, qalib gəlmək üçün daha çox şansımız olur. İndiyədək çox yaxşı irəlilədik. Buna nail olmaq çətindir, amma digər tərəfdən bundan zövq alırıq. Çünki oyunlarda əlindən gələni edirsən və sonda nəticəni görürsən”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button