“Mançester Yunayted”in futbolçuları Ronaldoya qarşı

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun komanda yoldaşları onun klubdan getməsini istəyir.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalının klubunu dəyişmək istəyi ilə bağlı xəbər bəzi futbolçuların sevincinə səbəb olub. Ronaldonun “Mançester Yunayted”də mübahisə mənbəyi olduğu bildirilir.

Daha əvvəl məlum olmuşdu ki, Ronaldonun agenti Jorje Mendeş yay transfer pəncərəsi bağlanmazdan əvvəl onun keçidini danışmaq üçün yenidən “Çelsi” ilə əlaqə saxlayıb.

Ronaldo bu mövsüm “Mançester Yunayted”in heyətində 3 oyunda iştirak edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button