“Meydandakı İbrahimoviçlə kənardakı insan fərqlidir” – türk futbolçu

“Milan”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu komanda yoldaşı Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, 26 yaşlı türk futbolçu, İbrahimoviçlə bağlı bunları deyib:

“Meydandakı İbrahimoviçlə kənardakı insan fərqlidir. O, komandamızın təcrübəli, ulduz futbolçusudur. Təcrübəsi və fikirləri ilə həm meydanda, həm də meydandan kənarda bizə çox kömək edir. Klubun daxilində olmayan hər kəs İbrahimoviçi eqolu biri kimi tanıyır, amma o, eqoist insan deyil. Zlatan çox anlayışlı, tez-tez zarafatlar edən biridir. Onunla vaxt keçirmək xoşdur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button