“Klubdakı hər kəs bunu başa düşür” – Levandovski

“Bavariya”nın hücumçusu Robert Levandovski klubla bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu, Münhen təmsilçisinin transfer siyasətini tənqid edib:

“Komandada bir neçə peşəkar futbolçunun olması yaxşı bir şey deyil. Klubdakı hər kəs bunu başa düşür. Düzdür, bizim hələ vaxtımız var, amma təkcə, mən yox, komandanın digər üzvləri də yeni futbolçuların gəlməsini gözləyirik. Bizim bir çox futbolçuya ehtiyacımız var. Bu, həm də məşqlərdə rəqabəti artırmaq üçün vacibdir. Yüksək səviyyyəli və bütün turnirlərdə iddialı olmaq istəyirsizsə, güclü komandaya ehtiyacınız olar. “Bavariya”nın son iki ildə böyük transferlər etmədiyini bilirik. İndi komandaya transferlər məsələsində yenidən iş görməyin vaxtıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button