“Düzü, rəqiblərimizlə aramızdakı xal fərqini bağlaya biləcəyimizi düşünmürəm” – Klopp

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə “Lester”ə 1:3 hesabı ilə məğlub olan “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, məğlubiyyətə baxmayaraq, yaxşı çıxış etdiklərini deyib:

“Bir neçə gün əvvəlki məğlubiyyətdən sonra bu gün futbol oynamaq asan deyildi, amma futbolçular bunu bacardı. Səhvlər və anlaşılmazlıqlar ucbatından qollar buraxdıq, oyunu çox rahat şəkildə rəqibə verdik. Düzü, bu mövsüm rəqiblərimizlə aramızdakı xal fərqini bağlaya biləcəyimizi düşünmürəm. Qarşıdakı oyunlarda qələbə qazanmalıyıq. Bu gün yaxşı futbol oynadıq, bunu davam etdirməli, səhvlərdən qaçmalıyıq”.