Şirkətin baş direktoruna baş məşqçisini tərifləyib

“Liverpul”un prezidenti Tom Verner komandanın baş məşqçisi Yurgen Klopp haqda fikirlərini bölüşüb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, Kloppun hansısa şirkətdə baş direktor vəzifəsində çalışa biləcəyini söyləyib:

“Bu yaxınlarda Almaniyanın bir şirkətinin baş direktoru ilə söhbət etdim və ona Yurgenin istedadı haqqında danışdım. Kloppun getdiyi yerdə parlaq bir baş direktor (CEO) ola biləcəyini dedim. Çünki o, əla strateqdir və oyunçularla çox yaxşı rəftar edir. Şəxsiyyəti isti və mehribandır. O, təvazökardır, incə yumor hissi var”.

“Liverpul” 2021/22 mövsümündə İngiltərə kubokunu və Liqa kubokunu qazanıb, həmçinin İngiltərə Premyer Liqasında ikinci yeri tutub.

Mersisaydlılar mayın 28-də Çempionlar Liqasının finalında “Real”la qarşılaşacaqlar.

Bizi Telegramda izləyin