Qırtımovun atasından qızının intihar etməsi iddiası ilə bağlı açıqlama: “Qızım İlkinlə birlikdə yaşayırdı”

“Keşlə”nin müdafiəçisi İlkin Qırtımovun bacısı Sevinc Qırtımovanın Bakının Yasamal rayonunda intihar etdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, mərhumun atası İlham Qırtımov hadisə ilə bağlı açıqlama verib. Qırtımov qızının intihar etmədiyini deyib:

“Sevinc Yasamalda oğlumla (“Keşlə”nin müdafiəçisi İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda, binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi qızım mədəsindən şikayət edirdi. Buna görə də, müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən, hava almaq üçün evin eyvanına çıxıb. Yenidən qaytaranda ayağı sürüşüb və aşağı düşüb (ağlayır)”.

İlham Qırtımov övladının subay olduğunu, Azərbaycan Milli Konservatoriyasında çalışdığını bildirib (Unikal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button