“Keşlə” – “Sabah” matçından sonra qalmaqal – Xəlilzadə “qırmızı” aldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Keşlə” – “Sabah” matçından sonra qalmaqal baş verib.

Komanda.az xəbər verir ki, matçın final fiti səslənən kimi qonaqların futbolçusu Təmkin Xəlilzadə hakimlərin üzərinə yeriyib.

Azərbaycan millisinin cinah oyunçusu əl-qol hərəkətləri ilə baş hakim Kamal Umudluya etirazını bildirib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər. Referi isə Xəlilzadəyə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 90+3-cü dəqiqədə “Sabah”ın daha bir futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button