“Keşlə” Aldairi transfer etdi

“Keşlə” heyətini gücləndirməkdə davam edir.

Komanda.az xəbər verir ki, paytaxt klubu anqolalı hücumçu Aldair Sapalo Amaro Netonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Netonun son klubu Şimali Makedoniyanın “Pelister” komandası olub. O, daha öncə “Şkendiya”, “Banqos Siti”, “Qafanya”, “Maritimo” (B), “Fatima” və “Oeyras” kimi komandalarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button