“Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

“Keşlə”nin sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 50 yaşlı mütəxəssis “Vorskla” komandasını çalışdıracaq. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Maksimov bu postda Vitali Kosovskini əvəzləyib.

Yuri Maksimov 2017/18 mövsümündə “Keşlə”ni çalışdırıb və bu komanda ilə Azərbaycan kubokunun qalibi olub.

“Vorskla” hazırda Ukrayna Premyer Liqasında 14 turdan sonra 12-ci sırada yer alıb.