“Keşlə”də yeni qapıçı – Rəsmi

“Keşlə” Futbol Klubu növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu qapıçı Kamal Bayramovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bayramovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Son klubu “Səbail” olan 34 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 2019-2020-ci illər mövsümündə 11 qarşılaşmada meydana çıxıb.