Kempbell Çempionşip komandasının baş məşqçisi olacaq

“Arsenal”ın və İngiltərə millisinin keçmiş müdafiəçisi Sol Kempbell “Kuinz Park Reyncers” (KPR) komandasını çalışdırmağa hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcək.

Kempbellin əvvəlki iş yeri 2019-cu ilin oktyabrından 2020-ci ilin iyununa kimi məşqçilik etdiyi “Sautend” olub.

Son mövsümdə KPR Çempionşipdə 11-ci yeri tutub.