“Mançester Yunayted”in onu transfer etməyə çalışacağını bilirəm” – Ferdinand

“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, “qırmızı şeytanlar”a “Tottenhem”in hücumçusu Harri Keyni və “Borussiya”nın (Dortmund) üzvü Ceydon Sançonu transfer etməyi məsləhət görüb:

“Keyn hər zaman təmkinli futbolçu olub. O, “Tottenhem”də möhtəşəm heyətin ortaya çıxmasını gözlədi, amma bu, baş vermədi. O, şəxsi rekordlarını yeniləsə, xoşbəxt olacağını düşünürsüz? Xeyr, o “Tottenhem”də kubok qazanmasa, xoşbəxt olmayacaq. Onun son sözləri komandadan ayrılması ilə bağlı idi. Keyn kubok qazanmaq istəyir və digər klublara mesaj göndərir. “Mançester Yunayted”in onu transfer etməyə çalışacağını bilirəm, çünki belə futbolçular bu klub üçün idealdır. Əminəm ki, “Real” və “Yuventus” da bunu etməyə çalışacaq və azı 130 milyon funt-sterlinq ayırmalı olacaqlar.

Sançonun da inkişaf edəcəyi, titul qazanacağı kluba transfer olunmasını istəyirəm. O, hazırda dünyanın ən yaxşı gənc futbolçularından biridir. Onun ulduz futbolçu olmaq üçün böyük potensialı var və transfer qiyməti 100 milyon funt-sterlinqdən çox olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button