
“Kaysedo bəlkə də, dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidir”
“Çelsi”nin baş məşqçisi Liam Rosenyor komandanın yarımmüdafiəçisi Moyses Kaysedonu tərifləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, Kaysedonun dünyanın ən güclü dayaq yarımmüdafiəçilərindən biri olduğunu deyib:
“Kaysedo komanda üçün çox vacib futbolçudur və dünyanın ən yaxşı dayaq yarımmüdafiəçilərindən biridir, bəlkə də, ən yaxşısıdır. O, bazar günü bizim üçün çox önəmli olacaq”.
“Çelsi” ekvadorlu yarımmüdafiəçini 2023-cü ildə “Brayton”dan 120 milyon avroya transfer edib. O, cari mövsümdə 41 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
London təmsilçisi İngiltərə Premyer Liqasının 32-ci turunda, sabah “Mançester Siti” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



